вторник, 26 февраля 2008 г.

Azərbaycan Xocalı Soyqırımının il dönümünü qeyd edir






Bu gün Azərbaycanda Xocalı soyqırımının 16-cı ildönümü qeyd edilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin sayına görə ikinci yaşayış məntəqəsi olan Xocalı şəhəri Rusiya ordusunun 366-cı motoatıcı polkunun hərbiçiləri və döyüş texnikasının iştirakı ilə erməni separatçıları tərəfindən zəbt edilib.
Bu gün səhərdən prezident İlham Əliyev və digər dövlət rəhbərləri, hökumət üzvləri, parlament deputatları, ictimaiyyət nümayəndələri paytaxtın Xətai rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidəyə baş çəkiblər, həlak olanların xatirəsini anıblar. Abidə yenidən qurulub. Postamentdə bütün qurbanların adları həkk olunub.
* Hər il fevralın 25-26-da Azərbaycan vətəndaşları Xocalı soyqırımının ildönümünü qeyd edirlər. Həmin vaxt erməni təcavüzkarları Rusiya hərbiçilərinin yardımı ilə şəhəri zəbt ediblər və qadınlar (onların arasında hamilə qadınlar da olub), uşaqlar və yaşlılar da daxil olmaqla, yüzlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. Dinc əhalinin məhvi hələ bir neçə gün davam edib, vəhşi təcavüzkarlar əsirlərə işgəncə verir və öldürürdülər, qadınları və uşaqları zorlayırdılar, hərbi əsirlərin başlarını kəsir və asırdılar.
Ümumilikdə 600-dən çox silahsız insan qətlə yetirilib. Onlardan 106 nəfəri qadın və 83 nəfəri uşaqdır. Minə yaxın insan müxtəlif dərəcəli əlil olub (onlardan 76 nəfəri həddi-buluğa çatmayanlardır), 1275 nəfər əsir götürülüb. Onlardan çoxunun taleyi hələ də məlum deyil.
Xocalı faciəsinin dəhşətləri yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş və bütün dünyanı dolanmış foto və videokadrlarda əks olunub.
İnsanlığa qarşı bu cinayəti törətmiş erməni separatçılarının və rus zabitlərinin adları və soyadları müəyyən edilib. Onların hamısı bu günə qədər azadlıqdadır və Rusiya, Ermənistan və Qarabağda yaşayırlar.
Azərbaycanın Milli Məclisi bir neçə dəfə beynəlxalq ictimaiyyətə, dünyanın hökumət və parlamentlərinə Xocalı soyqırımını tanımaq və pisləmək çağırışı ilə xüsusi bəyanatlar qəbul edib.

пятница, 22 февраля 2008 г.

AZƏRBAYCANDA SPİRTLİ İÇKİNİ DAHA ÇOX İSTEHSAL, İXRAC, İDXAL VƏ İSTİFADƏ ETMƏYƏ BAŞLAYIBLAR

2007-ci ildə Azərbaycanda alkoqollu içkilərin istehsalı xeyli artıb. 5289 min dekalitr spirtli içki istehsal edilib, o cümlədən:
- Araq - 1268,2 min dekalitr (artım 2,5 dəfə);
- Şampan şərabı - 57,8 min dekalitr (artım 2,5 dəfə);
- Brendi (konyak) - 92,9 min dekalitr (+14,8%);
- Şərab - 589,3 min dekalitr (+ 8,6%) və pivə - 3 281,5 min dekalitr (+0,9%).
Onun $20,7 mln. məbləğində 1 mln. 466 min dekalitri xaricə ixrac edilib. 2006-cı illə müqayisədə ixrac 2,8% artıb.
Azərbaycanın tünd içki istehsalçılarına idxal olunan spirtli içkilərin aksiz dərəcəsinin orta hesabla iki dəfə artması stimul verib. 2007-ci ilin aprelin 1-dən onlara digər aksiz dərəcəsi (litr hesabı ilə) dəyişilib.
- pivə, mal mövqeyi - "220300", aksiz $0,7-dən $1,0-dək artıb.
- vermut və şərab, mal mövqeyi - "2204; (2204301000 başqa)", "2205" və "220600" $1,5-dən $2,5-də artıb;
- konyak, brendi, viski, rom və taffiya, vodka, likor və digər alkoqol içkiləri, mal mövqeyi - "220820", "220830", "220840", "220850", "220860", "220870" və "2208901100-2208907800" $3,0-dən $6,0-dək artıb.
İdxal edilmiş alkoqolun qiymətlərinin artmasına baxmayaraq, aksiz dərəcələrin kəskin arması ilə əlaqədar spirtli içkilərə tələbat azalmayıb. 2007-ci il ərzində ölkəyə dördə bir dəfə çox içki gətirilib. Bu, ötən ildən 27,3% çoxdur.
Yerli istehsalçılar idxal edilmiş alkoqolun qiymətinin artmasının pasiv müşahidəçisi olmayıb, onlar həmçinin il ərzində qiymətləri artırıb və orta hesabla artım 5-10% təşkil edib.

понедельник, 18 февраля 2008 г.

AQRARKREDIT PORTFELİNİ 20% ARTIRACAQ

Yaxın 5 il ərzində "Aqrarkredit" səhmdar kredit təşkilatı kredit portfelini 95 mln. manatadək artırmaq, o cümlədən cari il ərzində onu 3 mln. manat və ya 20% artıraraq 18 mln. manata çatdırmaq niyyətindədir.
Təşkilatın idarə heyəti sədri Məmməd Musayev bildirib ki, 2008-ci ildə kredit portfelin artımı həm yeni, həm də qarşılıqlı resursların hesabına həyata keçiriləcək. Onun sözlərinə görə, hesabat dövründə təşkilat 5,3 mln. manat gəlir və 3,8 mln. manatlıq xərc yanında 1,5 mln. manat həcmində mənfəət gözləyir.
Hazırda təşkilatın məcmu aktivləri 25 mln. manat təşkil edir, nizamnamə kapitalı isə 18,5 mln. manat səviyyəsindədir.
"Aqrarkredit" SKMF xətti ilə iş adamlarına 4,5 mln. manatlıq güzəştli kredit verib, o cümlədən ötən ildə bu göstərici 1,5 mln. manat təşkil edib.
Təşkilat Yaponiya hökumətin qrantı hesabına $17 mln. məbləğində satın alınan 1 min texnikanı lizinqə verib. 120 ədəd texnikanın dəyəri tam ödənilib. Ümumilikdə isə, icarəyə verilən texnikanın ödəniş haqqı 9,3 mln. manat olub.

2008-Cİ İLDƏ ABB-İN AKTİVLƏRİ 3 MLRD. MANATI KEÇMƏLİDİR

Azərbaycan Beynəlxalq Bankı (ABB) 2008-ci ildə aktivlərin 17,2%-dən 3015 mln. manatadək artırılmasını gözləyir. Bankın öhdəlikləri 17%-dən 2721 mln. manatadək artmalıdır. Eyni zamanda səhmdar kapitalın 294 mln. manatadək çatdırılması planlaşdırılır ki, bu da 2008-ci ilin 1 yanvar vəziyyətinə göstəricidən 21% çoxdur.

ABB-in gəlirləri 639,3 mln. manat, xərcləri isə 262,4 mln. manat səviyəsində proqnozlaşdırılır ki, bu da 2007-ci ildən müvafiq 40% və 36% çoxdur. Xalis mənfəət gözlənildiyi kimi 55% artaraq 80 mln. manat təşkil edəcək.
Cari ildə bankın dividend siyasəti dəyişilməz qalacaq. Səhmdarlar nominal dəyərindən illik 48% səhmin alacaq.

AZƏBAYCAN-MACARISTAN TİCARƏT ƏMƏKDAŞLIĞI İLHAM ƏLİYEVİN BUDAPEŞTƏ SƏFƏRİNDƏN SONRA DAHA BALANSLAŞDIRILMIŞ OLA BİLƏR

Fevralın 18-də dövlət başçısı İlham Əliyev Macarıstan Respublikasına dövlət səfərinə yola düşüb. Turan Agentliyinə diplomatik mənbələrdən məlum olub ki, ikigünlük səfər çərçivəsində İlham Əliyev Macarıstanın prezidenti Lasl Şoyom və baş nazir Ferens Dörçen ilə görüşəcək. Tərəflər ikitərəfli münasibətləri məsələlərini müzakirə edəcək. Birgə iqtisadi layihələrin həyata keçirilməsi üzrə bir sıra sənədlər imzalanacaq. Budapeşt əvvəlcədən azərbaycan neft və qazın satın alınmasına marağını bildirib.

İlham Əliyevlə birgə Macarıstana Azərbaycan hökumətin iqtisadi blok üzvləri də yollanıb.
Səfər zəif iqtisadi əlaqələri fonunda və praktiki Macarıstan üçün birtərəfli keçirilir. Azərbaycanın Macarıstanla xarici ticarət dövriyyəsi 2007-ci ildə $12 159 min təşkil edib. Qeyd edək ki, bütün bu dövriyyə Macarıstan ixracın (2006-cı illə müqayisədə 16,8% artıb) payına düşür.
2007-ci ildə Macarıstanın xüsusi çəkisi Azərbaycan idxalında cəmi 0,2% təşkil edib. Azərbaycan Macarıstana ötən ildə heç nə nəql etməyib.
Macarıstandan Azərbaycana gətirilib:
-$260 min məbləğində 72 000 ədəd 185 qramlıq diri ev toyuqları, $484 min yaşıl noxud və digər kənd təsərrüfat məhsulları, və onların emalının məmulatları,
- $3,8 mln.-uq dərman preparatları və vaksinlər, $4,3 mln.-uq polivinilxlorid,
- Yeyinti sənayesi üçün avadanlıq, dəftərxana avadanlıq və malları, qara metaldan məhsullar, elektrik avadanlıq və s.
Macarıstanın enerji resurslarına olan marağından irəli gələrək, səfərdən sonra tərəflərin ticarət əlaqələrinin həcminin genişlənməsi daha da balanslaşdırılmış olacağı gözlənilir.

понедельник, 11 февраля 2008 г.

2007-Cİ İLDƏ DÖVLƏT İNVESTİSİYALARI 1,9 MLRD. MANAT TƏŞKİL EDİB

2007-ci ildə müxtəlif layihələrin həyata keçiriləmsinə dövlət büdcəsindən 1,9 mlrd. manat yönəldilib. Bu barədə İqtisadi İnkişaf Nazirliyindən bildiriblər.
Dövlət investisiyaları strukturunda investisiyaların dörddə bir hissəsindən çoxu (25,5%) nəqliyyatın, 19,1%-i energetika və sənayenin, 12,6%-kommunal infrastukturun, 6,3%-i irriqasiya və su ehtiyatların, 5,1%-i kənd təsərrüfatı və sahibkarlığın inkişafının, 3,6%-i yeni ümumtəhsil məktəblərin tikintisinin, 2,2%-i idman obyektlərinin inşaat və yenidən qurması işlərinin, 1,8%-i mədəniyyət obyektlərinin tikinti və yenidənqurmasının və 23,8%-i digər obyektlərinin payına düşüb.
Cari ildə dövlət investisiyaları 50% artaraq 2,8 mlrd. manata çatacaq.

APRELDƏ BARSELONADA AZƏRBAYCAN VƏ BARCELONA İŞ ADAMLARININ BİZNES FORUMU KEÇİRİLƏCƏK

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə 6 - 11 aprel 2008-ci il tarixlərində Ispaniyanın Barcelona şəhərində Azərbaycan və Barcelona iş adamlarının iştirakı ilə Biznes Forum təşkil olunacaqdır.

Forumda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-a yaxın ispan 40-a yaxın azərbaycan şirkətinin iş adamlarının iştirakı gözlənilir. Bu barədə Turan-a ASTMK-in mətbuat xidmətindən bildiriblər.
Forumda Azərbaycan iş adamları ilə Barcelona iş adamlarının ikitərəfli görüşlərini təşkili, birgə əməkdaşlıq imkanlarını araşdırmaq və qarşılıqlı iqtisadi əlaqələr yaratmağı müzakirə ediləcək.

"ÇİRKLİ" PULLARIN YUYULMASINA DAİR QANUN LAYİHƏSİNİN BİR SIRA MÜDDƏALARI MÜZAKİRƏ EDİLİB

İqtisadi İnkişaf Naziri Heydər Babayev Bakıda səfərdə olan Avropa Şurasının yüksək vəzifəli nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə Avropa Şurasının monitorinq departamentinin direktoru Kristos Giakoumpoulos, çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (MONEYVAL) prezidenti Vasil Kirov, baş katibi Con Rinqus və Avropa Şurasının Cinayətkarlıq Problemləri üzrə Avropa Komitəsinin sədri Branislav Boxaçik daxil olub.
Görüşdə "Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanun layihəsinin bir sıra müddəaları bağlı fikir mübadiləsi aparılıb.
Avropa Şurasının çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Ekspertlər Qrupu (MONEYVAL) 1997-ci ildə təsis edilib. MONEYVAL-a hazırda Azərbaycan da daxil olmaqla 28 üzv dövlət daxildir. MONEYVAL çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi sahəsində 2004-cü ildə Azərbaycanda ilk qiymətləndirmənin birinci mərhələsini həyata keçirib. Birinci mərhələnin nəticələrinə əsasən, Azərbaycan FATF-ın 40+9 tövsiyələrinə əsasən uyğun gələn dövlət kimi qiymətləndirilib. Ötən müddət ərzində ölkə qanunvericiliyində bu məsələlərlə bağlı bir sıra dəyişikliklər edilib. Bundan başqa, "Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanun layhəsinin qəbulu gözlənilir. Qiymətləndirmənin 2-ci mərhələsinin bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulub.

пятница, 1 февраля 2008 г.

SİQARETLƏRİN İSTEHSAL VƏ İXRACI AZALIR

Ötən ildə Azərbaycanda tütün məmulatların vahid istehsalçısı olan "European Tobacco-Baku" ASC siqaret istehsalı və ixracının həcmini azaldıb. İl ərzində 3 575 mln. ədəd siqaret buraxılıb ki, bu da keçən ildən 22,5% azdır. Bu barədə Turan-a Kənd Tsərrüfatı Nazirliyindən bildiriblər. 2007-ci ildə şirkət 540,7 mln. ədəd siqaret ixrac edib. Bu, 2006-cı ildən təxminən 80% azdır.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 11 ay ərzində Azərbaycanda 10 651,7 mln. ədəd siqaret idxal edilib ki, bu da 2006-cı ilin müvafiq dövründən 72,4% çoxdur.