вторник, 6 апреля 2010 г.

Messi


Çempionlar Liqasının 1/4 finalında Barselonayla Arselanın oyununa baxırdım. Arsenalın şansının olmadığı ortadaydı..
Furbolu sevdiyim üçün Messinin oynunu izləməkdən özümü məhrum edə bilməzdim. Açığı müasir futbolda Barsa gədər gözəl və texnikalı oyun nümayiş etdirən ikinci komanda tanımıram. Realın azarkeşi olsam da bunu etiraf etməliyəm - Barsanın oyunundan həzz alıram, dincəlirəm! Barsanın gələbəsinə şübhə etmirdim, ancaq oyunun "Messi show"ya dönədəcəyini düşünmürdüm. Hər halda Barsa takım oyunu oynayır. Lakin, görünür Bendtnerin ilk qolunda sonra ulduz futbolçu matçın taleyini təkbaşına həll etmək qərarına gəldi. Deyəsən Barsa Santiago Bernabeu-da çempionlar liqasının kubokunu başı üzərinə qaldırmaqda israrlıdır. Bernabeunun Realın meydanşası olması barselonalılara əlavə stimul verir gərək ki.Əgər Barsa buna nail olsa əminəm ki, madridlilər onun uğursuszluğunu arzulayacaqlar (Real Nou Campda final oynamış olsaydı çətin ki, barselonanılar ona azarkeşlik edərdilər). Barsanın final yolundakı əngəl isə İnter ola bilər. Xarizmatik və hər zaman qələbəyə oynayan Maurinhonun Barsaya asanlıqla təslim olmayacaq. Bir də deyilənə görə mövsümün sonunda o Realın başına keşməlidir. Bununla belə Messini durdurmaq İnter üçün çox çətin olacaq!
Həftə sonu isə El Classico var. Baxmağa dəyər!
Hər halda ümid edirəm Real keçənilki biabırçılığı bizə yaşatmayacaq...

P.S. Messi kimi futbolçusu olan Argentina gərək dünya çempionu olsun, yoxsa onun istedadına yazıq olar!