вторник, 4 марта 2008 г.

İLHAM ƏLİYEV DMİTRİ MEDVEDEVİ RF PREZİDENTİ SEÇİLMƏSİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİB

Azərbaycan prezidenti İlham Əlyev Dmitri Medvedevə Rusiya Federasiyasının prezidenti seçilməsi münasibətilə təbrik məktubu göndərib. "Azərbaycan və Rusiya arasında tarixən sıx dostluq, yaxşı qonşuluq, əməkdaşlıq və qarşılıqlı dəstək əlaqələri olub", - deyə məktubda qeyd edilib. Bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlər keyfiyyətcə yeni xarakter alıb, strateji partnyorluq səviyyəsinə çatıb".
Məktubda iki ölkə xalqlarının çiçəklənməsi, regionda sülh, əmin-amanlıq və tərəqqi naminə tərəflərin birgə səylərinin Rusiya və Azərbaycan arasında dövlətlərarası münasibətlərin gələcəkdə də dinamik və mütərəqqi inkişafına, çoxtərəfli, hər iki tərəf üçün əlverişli qarşılıqlı fəaliyyətin genişlənməsinə yönəldiləcəyinə əminlik ifadə edilib.

Dmitri Medvedevin Putinin varisi oldugunu goz onune alarsaq, iki olke arasindaki munasibetlerde her hansi deyishikliyin olacagini gozlemeye deymez.
Tebii ki, Azerbaycani Qerbe daha chox yaxinlashmasi, indiki "balans" siyasetinde deyishiklik etmesi munasibetlerde soyuqluq yarada biler. Lakin, Azerbaycanin demokratik deyerlere bele tezlikle ustunluk vermeyeceyini ve Rusiyanin Qafqazdaki yegane dayagi Ermenistanin maraqlarini (hemchinin oz maraqlarini) unutmayacagini nezere alsaq, xoshagelmez deyishikliklerin istenilen an bash vere bileceyini deye bilerik.

Комментариев нет: