Yaxın 5 il ərzində "Aqrarkredit" səhmdar kredit təşkilatı kredit portfelini 95 mln. manatadək artırmaq, o cümlədən cari il ərzində onu 3 mln. manat və ya 20% artıraraq 18 mln. manata çatdırmaq niyyətindədir.
Təşkilatın idarə heyəti sədri Məmməd Musayev bildirib ki, 2008-ci ildə kredit portfelin artımı həm yeni, həm də qarşılıqlı resursların hesabına həyata keçiriləcək. Onun sözlərinə görə, hesabat dövründə təşkilat 5,3 mln. manat gəlir və 3,8 mln. manatlıq xərc yanında 1,5 mln. manat həcmində mənfəət gözləyir.
Hazırda təşkilatın məcmu aktivləri 25 mln. manat təşkil edir, nizamnamə kapitalı isə 18,5 mln. manat səviyyəsindədir.
"Aqrarkredit" SKMF xətti ilə iş adamlarına 4,5 mln. manatlıq güzəştli kredit verib, o cümlədən ötən ildə bu göstərici 1,5 mln. manat təşkil edib.
Təşkilat Yaponiya hökumətin qrantı hesabına $17 mln. məbləğində satın alınan 1 min texnikanı lizinqə verib. 120 ədəd texnikanın dəyəri tam ödənilib. Ümumilikdə isə, icarəyə verilən texnikanın ödəniş haqqı 9,3 mln. manat olub.
Комментариев нет:
Отправить комментарий