İqtisadi İnkişaf Naziri Heydər Babayev Bakıda səfərdə olan Avropa Şurasının yüksək vəzifəli nümayəndə heyəti ilə görüşüb. Nümayəndə heyətinə Avropa Şurasının monitorinq departamentinin direktoru Kristos Giakoumpoulos, çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Ekspertlər Qrupunun (MONEYVAL) prezidenti Vasil Kirov, baş katibi Con Rinqus və Avropa Şurasının Cinayətkarlıq Problemləri üzrə Avropa Komitəsinin sədri Branislav Boxaçik daxil olub.
Görüşdə "Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanun layihəsinin bir sıra müddəaları bağlı fikir mübadiləsi aparılıb.
Avropa Şurasının çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə üzrə Ekspertlər Qrupu (MONEYVAL) 1997-ci ildə təsis edilib. MONEYVAL-a hazırda Azərbaycan da daxil olmaqla 28 üzv dövlət daxildir. MONEYVAL çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi sahəsində 2004-cü ildə Azərbaycanda ilk qiymətləndirmənin birinci mərhələsini həyata keçirib. Birinci mərhələnin nəticələrinə əsasən, Azərbaycan FATF-ın 40+9 tövsiyələrinə əsasən uyğun gələn dövlət kimi qiymətləndirilib. Ötən müddət ərzində ölkə qanunvericiliyində bu məsələlərlə bağlı bir sıra dəyişikliklər edilib. Bundan başqa, "Qeyri-qanuni yolla əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanun layhəsinin qəbulu gözlənilir. Qiymətləndirmənin 2-ci mərhələsinin bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulub.
Комментариев нет:
Отправить комментарий