понедельник, 18 февраля 2008 г.

AZƏBAYCAN-MACARISTAN TİCARƏT ƏMƏKDAŞLIĞI İLHAM ƏLİYEVİN BUDAPEŞTƏ SƏFƏRİNDƏN SONRA DAHA BALANSLAŞDIRILMIŞ OLA BİLƏR

Fevralın 18-də dövlət başçısı İlham Əliyev Macarıstan Respublikasına dövlət səfərinə yola düşüb. Turan Agentliyinə diplomatik mənbələrdən məlum olub ki, ikigünlük səfər çərçivəsində İlham Əliyev Macarıstanın prezidenti Lasl Şoyom və baş nazir Ferens Dörçen ilə görüşəcək. Tərəflər ikitərəfli münasibətləri məsələlərini müzakirə edəcək. Birgə iqtisadi layihələrin həyata keçirilməsi üzrə bir sıra sənədlər imzalanacaq. Budapeşt əvvəlcədən azərbaycan neft və qazın satın alınmasına marağını bildirib.

İlham Əliyevlə birgə Macarıstana Azərbaycan hökumətin iqtisadi blok üzvləri də yollanıb.
Səfər zəif iqtisadi əlaqələri fonunda və praktiki Macarıstan üçün birtərəfli keçirilir. Azərbaycanın Macarıstanla xarici ticarət dövriyyəsi 2007-ci ildə $12 159 min təşkil edib. Qeyd edək ki, bütün bu dövriyyə Macarıstan ixracın (2006-cı illə müqayisədə 16,8% artıb) payına düşür.
2007-ci ildə Macarıstanın xüsusi çəkisi Azərbaycan idxalında cəmi 0,2% təşkil edib. Azərbaycan Macarıstana ötən ildə heç nə nəql etməyib.
Macarıstandan Azərbaycana gətirilib:
-$260 min məbləğində 72 000 ədəd 185 qramlıq diri ev toyuqları, $484 min yaşıl noxud və digər kənd təsərrüfat məhsulları, və onların emalının məmulatları,
- $3,8 mln.-uq dərman preparatları və vaksinlər, $4,3 mln.-uq polivinilxlorid,
- Yeyinti sənayesi üçün avadanlıq, dəftərxana avadanlıq və malları, qara metaldan məhsullar, elektrik avadanlıq və s.
Macarıstanın enerji resurslarına olan marağından irəli gələrək, səfərdən sonra tərəflərin ticarət əlaqələrinin həcminin genişlənməsi daha da balanslaşdırılmış olacağı gözlənilir.

Комментариев нет: