понедельник, 7 января 2008 г.

HAVA

BAKIDA ŞAXTA SON İLLƏR ƏRZİNDƏ REKORD DƏRƏCƏYƏ ÇATIB

Bakıda və Abşeronda uzun illər ərzində hidrometereoloji müşahidələrə görə son günlər ən soyuq hava qeydə alınıb. Keçən gecə paytaxtda havanın temperaturu ?6 dərəcəyə qədər enib. Bu barədə Turana Ekologiya Nazirliyi Hidrometereoloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Hazırda paytaxtda hava temperaturu +1 dərəcəyə qədər yüksəlib. Lakin artıq yanvarın 7-si axşam saatlarına civə sütunu - 2 - -4 dərəcəyə qədər enəcək, şiddətli şimal-qərb küləyi əsəcək, fasilələrlə qar yağacaq, yolların buz bağlayacağı gözlənilir. Yanvarın 8-nə keçən gecə Bakıda və Abşeronda havanın temperaturu - 3 - -7 dərəcəyə qədər enəcək. Yanvarın 8-də ölkə ərazisində yağıntılar dayanacaq. Yalnız şərq rayonlarında zəif yağıntı düşəcəyi ehtimalı var. Verdiyevin sözlərinə görə, qar yağıntılarının pik nöqtəsi geridə qalıb. Lakin şaxtalı hava şəraiti hələ bir neçə gün davam edəcək. Yanvarın 8-dən 9-na keçən gecə Bakıda və Abşeronda havanın temperaturu -3 - -5 dərəcə təşkil edəcək. Yanvarın 7-də səhər Bakıda qar örtüyünün qalınlığı 30 sm., Biləcəri qəsəbəsində 40 sm., Sumqayıtda 11 sm. təşkil edib. Ən çox qar cənub zonasına yağıb. Belə ki, Lerikdə qar örtüyünün qalınlığı 64 sm. təşkil edib.

Fotoreportaja baxmaq üçün aşağıdakı linkə sıxın:
http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=3390

Комментариев нет: