вторник, 22 января 2008 г.

BERLİNDƏ 15 AZƏRBAYCAN ŞİRKƏTİ BEYNƏLXALQ SƏRGİDƏ İŞTİRAK EDİR

Yanvarın 18-də Berlində sayca 73-cü "Yaşıl həftə-2008" ənənəvi beynəlxalq sərgisi açılıb. Sərgini həmçinin " Yaşıl həftə" (International Green Week) Aqrosənaye forumu adlandırırlar.
Tədbirdə Azərbaycanı İqttisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları və daha 15 şirkət ( ?Caspian Fish Co. Azerbaijan?, ?Gilan Holdinq?, ?Azərsun Holdinq?, ?MKT İKF? və s.) təmsil edəcək.
118 min kv. metr sahəsi olan sərgidə 60 ölkənin 1500 iştirakçısı kənd təsərrüfat, yeyinti və bağçılıq sahəsində geniş ceşidli məhsul və xidmətlər təqdim edəcək.
"Yaşıl həftə-2008" çərçivəsində adətən kənd təsərrüfat, meşəçilik və landşaft layihələndirmə, eləcə də simpozium, seminar və digər tədbirlər üçün məhsulların nümayiş və satışı keçirilir. Sərgidə iştirak dünyanın praktiki olaraq bütün ölkələrinin aqrosənaye kompleksinin inkişaf xüsusiyyətləri ilə tanış olmağa və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarını qiymətləndirib və əlverişli əlaqələr qurmaq imkanı verir.
Sərgi yanvarın 27-dək davam edəcək.

Комментариев нет: