четверг, 3 января 2008 г.

MALİYYƏ

2007- Cİ İLİN MALİYYƏ BAZARINDA ƏN VACİB HADİSƏLƏRİ YANVAR

06.01. Azərbaycan Respublikasının Tarif Şurası yanvarın 8- dən enerjidaşıyıcıları,ictimai nəqliyyat və kommunal xidmətlərinə tariflərin xeyli artmasına dair qərar qəbul edib
06.01. Nazirlər Kabineti benzinə aksiz və topdan satış qiymətlərin artılmasına qərar qəbul edib
15.01. Amerikanın "Heritage" fondu hər il dərc etdiyi iqtisadi azadlıq reytinqində Azərbaycanı proqnozlaşdırılmış 157 ölkə arasında 107- ci yerə qoyub.
FEVRAL
02.02. Rüfət Aslanlı və Avtandil Babayev prezidentin qərarı ilə Azərbaycan Milli bankın sədr müavinləri vəzifəsinə təyin edilib.
05.02. Azərbaycan Françayzinq Assosiasiyası fəaliyyətinin başlanması haqqında elan edib.
05.02. "Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın reytinqini "BB+" səviyyəsinədək yüksəldib.
07.02. Bakıda Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığı üzrə komissiyanın ilk iclası keçirilib. İclasın yekununda azərbaycanın dövlət investsiya siyasətin hazırlanmasında dəstək layihəsi üzrə, "Xəzinə üzrə informasiya idarə sistemi" layihəsi üzrə sazişi daxil edərək, birgə rəsmi məlumat və 8 sənəd imzalanıb.
07.02. Gürcüstanın mərkəzi bankı "ABB-Gürcüstan" ASC- nin bank fəaliyyətini həyata keçirmək məqsədilə lisenziya verib.
08.02. Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) və Overture Financial Services şirkəti arasında fondun institusional tikintisinin yenilişdirilməsi layihəsinin ikinci mərhələsinin həyata keçirilməsində dəstək barədə saziş imzalanıb.
23.02. Nazirlər Kabineti "Xarici valyutada büdcə xərclərin icra qaydaları"- nı təsdiqləyib.
MART
04.03. Azərbaycan milli bankı ölkənin 4 bankına lisenziyaların məhdudiyyəti haqqında bildirib. Banklara fiziki şəxslərin yeni depozitlərini qəbul etməyə qadağan edilib.
14.03. Avropa Yenidənqurma və İnkişaf bankı (AYİB) Unileasing. şirkətii ilə 2 saziş imzalayıb. Birinci sənədə əsasən, bank azərbaycan şirkətinin 33% səhminin satışına $0,7 mln. investisiya edir, ikinci sənədə görə isə onun inkişafı üçün $3mln. ölçüdə kredit ayrılacaq.
27.03. İqtisadi məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO) Dünya bankının dəstəyi yanında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən "AzerPoct" şirkətinin ödəmə sistemlərinin inkişafında texniki köməyi layihəsinin dəstəyi üçün $500 min məbdləğində qrantın ayrılması haqqında elan edib.
APREL
02.04. Azərbaycan milli bank idarəsi uçot dərəcəsinin 9,5% -dən 12%-dək artırılması barədə qərar qəbul edib. Qeyd edək ki, bank monetar siyasətin həyata keçirilməsi ilə "faiz dəhlizin" konsepsiyasının həyata keçiriləmsinə keçid alıb. Dəhlizin aşağı həddi 5% səviyyəsində, yuxarı həddi 19% səviyyəsində təyin edilib.
09.04. Bakı fond birjası "Respublika Invest" MMC -nin Bakı Fond birjasının martda yeni, 18- ci səhmdarı olduğunu bildirib.
16.04. Azərbaycanda lizinq xidmətləri bazarında yerli kapitalla təsis edilən Finanslizinq yeni şirkət yaradılıb.
17.04. Milli Məclis Azərbaycan Hesablama Palatasının sədri Namik Nasrullayevin istefasını qəbul edib və bu vəzifəyə Heydər Əsədovu təyin edib.
MAY
16.05. Ölkənin iri bankı olan Azərbaycan Beynəlxalq bankı (ABB) iyunun 1-də depozit dərəcələri manat və ABŞ dollarla artırılması barədə qərar qəbul edib.
İYUN
01.06. Azərbaycan Milli bankı (AMB) uçot dərəcəsinin 12%-dən 13%-dək artırılması barədə qərar qəbul edib.
14.06. Büdcə maliyyələşdirmənin ləngiməsi ilə əlaqədar Azərbaycan Milli bankı iyunun 14-dən İpoteka Fondunun şərtləri üzrə kreditlərin verilməsini müvəqqəti dayandırılması qərarı qəbul edib.
18.06. Amerikanın ACDI/VOCA təşkilatı Azərbaycan Milli bankı (AMB) ilə birgə Bakıda "Şəffaflığın artırılması və kapitala çıxışın yaxşılaşdırılması"-na dair ilk reytinq konfransı təşkil edib.
20.06. Azərbaycan Auditor palatası dünyada ən iri peşakar mühasibat assosiasiyası olan ASSA-ya (The Association of Chartered Certified Accountants) daxil olub.
28.06. Bakıda MDB və Baltika ölkələrinin ikigünlük 4-cü istiqraz konqresi başlanıb. Konqres Rusiyanın "CBonds" maliyyə informasiya agentliyi tərəfindən təşkil edilib.
İYUL
30.07. Bütün təsərrüfat subyektlərində daxili auditin yaradılmasını nəzərdə tutan "İcbari audit haqqında" qanun qüvvəyə minib.
AVQUST
03.08. Qiymətli kağızlar üzrə Dövlət Komitəsi bankın xahişi ilə "Bank of Baku" ASC- nin diler lisenziyasını geri alıb.
07.08. Prezident İlham Əliyevin Fərmanı ilə "Dövlət borcu haqqında" yeni qanun qüvvəyə minib.
07.08. Astanada Azərbaycan və Qazaxistanın orqanları arasında qiymətli kağzlar bazarında nəzarəti üzrə əməkdaşlıq barədə Memorandum imzalanıb.
11.08. Azərbaycan banklarında olan fiziki şəxslərin əmanətləri sığortanın mərkəzləşdirilmiş sistemininə cəlb edilib.
14.08. Bakı və Tbilisi bankarası valyuta birjaları elektron ticarət, hesablama sistemləri və elektron sənəd dövriyyəsi inkişafı sahəsində tərəfdaşlıq sazişi imzalayıb.
17.08. Dünya bankı və Azərbaycan hökuməti sutəchizi və kanalizasiyaxidmətləri milli layihəsi üzrə $230 mln.-uq kredit sazişi imzalayıb.
19.08. Prezident İlham Əliyevin fərmanı ilə "Auditorların icbari sığortası haqqında" Qanun qüvvəyə minib.
23.08 Maliyyə Nazirliyi "Cahan" sığorta və təkrar sığorta broker şirkətinin lisenziyasını (2003-cü il 5 avqust ayında verilib) ləğv edib.
30.08. Azərbaycan Auditor palatasının nümayəndələri Avropa mühasibat və auditorlar Federasiyasının ekspert qrupunun tərkibinə daxil olub.
SENTYABR
03.09. Azərbaycan Respublikasının hesablama palatası və Dövlət Statistika Komitəsi əməkdaşlıq, xüsusən dövlət büdcəsinin gəlir və xərclərin icrasında dövlət və ictimai nəzarəti sahəsində memorandum imzalayıb.
06.09. Bakı bankarası valyuta birjasının (BBVB) təşəbbüsü ilə Şəkidə MDB ölkələrinin Beynəlxalq birja assosiasiyasının birja- üzvlərinin informasiya və marketinq xidmətlərinin nümayəndələrinin üçüncü üçgünlük görüşü start alıb.
10.09. "Kapital Bank" ASC bankı milyonuncu plastik kartı buraxıb.
13.09 "Kapital Bank" ASC- nin birinci özəlləşdirmə mərhələsinin nəticələri elan edilib.
22.09. "Bank Nikoil" ASC şəxsi lizinq şirkətinin yaradılması işlərinə başlayıb. Şirkət artıq 2007- ci ilin sonunda fəaliyyətə başlaya bilər.
24.09. "XalqBank" ASC kommersiya bankı Avropa İqtisadi ticarət, sahibkarlıq və sənaye palatasının üzvü olan birinci azərbaycan təşkilatı olub.
26.09. Nazirlər Kabinetinin qərarı ilə əməkdaşlarının öməmə haqqı tarifləri 25% artıb.
27.09. Azərbaycan dünyanın 178 ölkəsində biznes vəziyyətinin öyrənilməsi yekunları üzrə Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı "Doing Business in 2008" hesabatına əsasən qlobal reytinqdə 96 -cı yeri tutub.
27.09. Bakıda Azərbaycan- Gürcüstan hökumətarası iqtisadi komissiyasının başa çatan protokoluna əsasən, Gürcüstanın TBC Bank-ı Azərbaycanda filial açmaq niyyyətindədir.
OKTYABR
21.10. Dövlət başçısı İlham Əliyev "Kapital Bank" ASC- nin nizamnamə kapitalında 50% səhmin özəlləşdirməsi haqqında sərancam imzalayıb.
30.10. Avropa Yenidənqurma və inkişaf bankının birinci vitse -prezidenti Varel Friman Azərbaycana ikigünlük səfərə gəlib.
NOYABR
01.11. Bakı Fond birjası və Deloitte konsaltinq şirkəti Bakıda "Maliyyə bazarına yol axtarırsınız -bizdən məlumat alın" adlı ilk konfransı təşkil edib və keçiriblər. Konfrans səhmlərin açıq yerləşdirməsi (Initial public offering - IPO) ideyasını təbliğat edir.
01.11. Dünya iqtisadi forumu 2007- 2008- ci illərin qlobal rəqabət bacarığı üzrə yeni hesabat təqdim edib. Hesabatda qeyd edilib ki, Azərbaycan bir xeyli vəziyyətini pisləşdirib. O, 131 ölkə arasında 66-cı yeri (keçən ildə bu göstərici 122 ölkə arasında 62- cı yer olub) tutub.
12.11. "Kapital Bank" ASC ölkədə üçüncü olacaq şəxsi prosesinq sisteminin yaradılmasına tender elan edib.
19.11. Azərbaycan İnvestisiya şirkəti (AİŞ) və Koreyanın Enerji korporasiyası (KEPCO) əməliyyat şirkəti yaradıb. Şirkət ölkədə ilk qeyri-dövlət elektrik stansiyasının tikilməsi işləri ilə məşğul olacaq.
20.11. Azərbaycan Milli Bankı (AMB) ölkədə nümayəndəlik fəaliyyətini həyata keçirmək üçün Commerzbank- a lisenziyanın təqdim edilməsini təsdiqləyib . İcazənin fəaliyyət müddətinə məhdudiyyət qoyulmayıb. Almaniya bankı son bir neçə ildə Azərbaycanda nümayəndəlik açan ilk xarici kredit təşkilatı olub.
28.11 Azərbaycan Milli bankı "Pasha Bank" və "Bank Eurasia" ASC- rə bank lisenziyaları verib.
28.11. Maliyyə Nazirliyi "AzRe Tekrarsigorta" ilk təkrar sığorta şirkətinə lisenziya verib.
DEKABR
14.12 Maliyyə naziri Samir Şərifovun əmri ilə "Qorgud Sığorta" şirkətin lisenziyası ləğv edilib.
27.12 Milli Məclisin dekabrın 6-da "Valyutanın tənzimlənməsi haqqında" Qanuna əlavə edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərə əsasən, nağd pulların çıxarılmasında 1% rüsum ləğv edilir.
27.12. Dövlət başçısının Nazirlər Kabineti yanında icbari tibbi sığortası üzrə Dövlət agentliyinin yaradılması Fərmanı imzalanıb.

Комментариев нет: