SƏRHƏDSİZ REPORTYORLAR: BEŞ İLDƏ QƏTLƏ YETİRİLMİŞ JURNALİSTLƏRİN SAYI BEŞ DƏFƏ ARTIB
Keçən il dünyada 86 jurnalist qətlə yetirilib ki, bu da 2002-ci ildəkindən 24% çoxdur. Jurnalistlər daha çox İraqda (47), Somali və Pakistanda qətlə yetirilib. Orta hesabla hər gün iki jurnalist (ümumilikdə 887) həbs edilib, il ərzində 67 reportyor oğurlanıb, 528 KİV isə senzuraya məruz qalıb. Bütün dünya üzrə 2600 vebsayt və bloq bağlanıb. Bu barədə "Sərhədsiz reportyorlar"ın illik hesabatında deyilir. 2008-ci il yanvarın 1-də 135 jurnalist həbsdə olub. Ümumilikdə 2007-ci il ərzində 887 reportyor həbs edilib. Bunlardan 195 nəfəri Pakistanda, 55-i İranda və 54 nəfər isə İraqda həbs edilib. Azərbaycanda rekord sayda jurnalist həbsdə olub - 7 nəfər (ümumilikdə 9 jurnalist həbsdə olub). "Bu, həmin ölkədə söz azadlığının vəziyyətinin nə qədər pisləşdiyinə və hakim rejimin nisbətən tənqidçi jurnalistləri sıxışdırdığına dəlalət edir", - deyə hesabatda qeyd edilib.
Комментариев нет:
Отправить комментарий