вторник, 22 января 2008 г.

2008- Cİ İL YANVARIN 1-DƏN ARDNŞ BEYNƏLXALQ MALİYYƏ SİSTEMİNİN STANDARTLARINA KEÇİB

2008- ci il yanvarın 1-dən Azərbaycan Dövlət Neft şirkəti beynəlxalq maliyyə hesabatın standartlarına (IFRS) keçir. Bu barədə Turan- a ARDNŞ-in mətbuat xidmətindən bildiriblər.
ARDŞ- in prezidenti Rövnəq Abdullayevin əmri ilə PricewaterhouseCoopers şirkətinin hazırladığı "ARDNŞ- in IFRS ilə müvafiq uçot siyasəti ", "ARDNŞ- in uçot siyasəti və maliyyə hesabatı üzrə hesablamalar planı", "biznes- proseslərin qaydaları" və "ARDNŞ- in mühasibatı üzrə qeydlər" layihələr təsdiqlənib.
Lazımi sənədlərin hazırlanmasında 2008-ci ildən ARDNŞ uçot təcrübəsinə yalnız avtomatlaşdırılmış sistem üzrə keçəcək. Bununla əlaqədar texniki təchizatın təmini vacib olub.
ARDNŞ IFRS-ə keçən birinci dövlət müəssisəsi olub. Onun üçün IPSAS (International Public Sector Account Standards) standartları fəaliyyət göstərir.

Комментариев нет: