четверг, 3 января 2008 г.

SÖZ AZADLIĞI

MİKLOŞ HARAŞTİ AZƏRBAYCAN HAKİMİYYƏTİNİ HƏBSDƏ QALAN ÜÇ JURNALİSTİ AZAD ETMƏYƏ VƏ BÖHTANA GÖRƏ CƏZANI LƏĞV ETMƏYƏ ÇAĞIRIB

ATƏT-in söz azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Azərbaycan prezidenti İlham Əliyevin həbsdə olan beş jurnalistin əfv olunması barədə fərmanını alqışlayıb və jurnalistikanın kriminallaşmasının qarşısını almağın yalnız mövcud qanunların ləğv ediləcəyi halda mümkün olacağını bildirib. Haraştinin Turan agentliyinə daxil olmuş bəyanatında deyilir: "Mən jurnalistlərdən bəzilərinin azad edildiyini eşidəndə sevindim, amma unutmayaq ki, üç jurnalist hələ də həbsdədir və onlar da azad edilməlidirlər", - "Realnıy Azerbaydjan" qəzetinin redaktoru Eynulla Fətullayev, Azadlıq qəzetinin redaktoru Qənimət Zahidov və onun qardaşı satirik Sakit Zahidovu nəzərdə tutaraq, Haraşti belə deyib. Haraşti Azərbaycan hakimiyyətini ölkənin ATƏT və Avropa Şurası qarşısındakı öhdəliklərinə uyğun şəkildə uzunmüddətli islahatlara başlamağa çağırıb. "KİV azadlığına yalnız qanunlarla zəmanət verilə bilər, jestlər və xoş məramla yox. Jurnalistikanın keyfiyyəti yalnız sözlə təhqirlərin mülki məhkəmələrlə tənzimlənəcəyi halda yaxşılaşa bilər. Böhtan cinayət məsuliyyətinə səbəb olan əməl olaraq qaldığı müddətdə jurnalistlər cəzalanma qorxusu olmadan işləyə bilməzlər", - deyə Haraşti bildirib. ATƏT-in Bakıdakı missiyasının rəhbəri Xose Luis Herrero öz növbəsində bildirib ki, "Bu jurnalistlərin əfvi KİV-də vəziyyətin normallaşmasına yardım edəcək, bu da hazırda çox zəruridir. KİV, hökumət və cəmiyyət arasında qarşılıqlı fəaliyyətin demokratik mexanizmlərini birləşdirmək səyləri bütün cəlb olunmuş tərəflərin əməkdaşlığı ilə davam etdirilməlidir". "ATƏT Azərbaycan hökumətini, KİV professionallarını və vətəndaş cəmiyyətini birləşmək, mətbuat azadlığının qorunması və gücləndirilməsi işində dəstəkləməyə hazırdır", - deyə Herrero qeyd edib.

Комментариев нет: