пятница, 7 марта 2008 г.

QƏNİMƏT ZAHİDOV DÖRD İL AZADLIQDAN MƏHRUM EDİLDİ

Martın 7-də Yasamal rayon məhkəməsi, faktiki olaraq, gizlicə müxalif "Azadlıq" qəzetinin redaktoru Qənimət Zahidov barəsində hökm çıxarıb. Hakim Südabə Məmmədova Zahidovu ona qarşı irəli sürülmüş xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları üzrə təqsirli bilib və onu 4 il müddətinə həbs cəzasına məhkum edib.

http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=4717

Belə bir hökmün çıxarılması Azərbaycanın onsuzda kovrək olan beynəlxalq imicinə daha bir zərbə olacaq. Təəssüf ki, rəsmi Bakı beynəlxalq huquq-müdafiyə təşkilatlarının və aparıcı qərb dövlətlərinin tövsiyyələrini nəzərə alıb, həbsdə olan jurnalistləri azad etmək əvəzinə, daha birini də uzunmüddətli həbsə aldı.
Bash verən hadisə bir daha Azərbaycanda söz azadlığının nə vəziyyətdə olduğunu göstərdi. Maraqlıdır görəsən hakimmiyyət nə vaxta qədər Avropadan gələn "demokratlar"ın qabağına müxtəlif bəhanalarla çıxacaq, onlarsa bu gülünc bəhanələri dinləməkdən yorulmayacaqlar.

Qənimət Zahidovun son sözü...http://mediaforum.az/articles.php?lang=az&page=04&article_id=20080306084504562

Комментариев нет: